"Aksiyaya qoşulanların sayı artır, meydan darlıq edir" - Vüsal Məmmədov

   "Aksiyaya qoşulanların sayı artır, meydan darlıq edir" -    Vüsal Məmmədov
  14 Dekabr 2022    Oxunub:1150
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq üçüncü gündür davam edir.
Hazırda orada olan AzVision.az -ın baş redaktoru Vüsal Məmmədov bildirib ki, aksiya gecə sakit, eyni zamanda qaynar keçib.

“Sakit, yəni gecə heç bir gərginlik yaşanmadı və hər şey öz axarı üzrə keçdi. Qaynar o mənadı ki, iştirakçılar səhərə qədər susmadı, tonqallar yandırdılar, şüarlarını səsləndirdilər, sülhməramlılara sözünü dedilər, tələblərini irəli sürdülər. Aksiyanın şüarları artıq bütün Azərbaycana və ümid ediəm ki, bütün dünyaya bəllidir: "Ekoloji terroru dayandırın" və "Volkov cavab ver". Aksiya iştirakçıları səhərə qədər bildirdilər ki, bu iki tələblərinə əməl olunana qədər meydandan çəkilməyəcəklər. Onlar hər 10-15 dəqiqədən bir sülhməramlıların postlarının qarısında durub ucadan tələbələrini bəyan etdilər, mahnılar qoyub oynadılar. Soyuqda başqa cür də mümükün deyil”.

V.Məmmədov aksiyaya qoşulanların sayının getdikcə artdığını qeyd edib. Orada artıq vəziyyət elədir ki, meydan gələn insanlara darlıq edir.

Baş redaktor bildirib ki, iştirakçıların toplaşdığı meydan avtomobil yolunun 50 metrlik hissəsidir. İki tərəfdən - sağ və sol hissədən sülhməramlılar yolu kəsib, ortada qalan hissədə aksiyaçılar toplaşıb.

- 50 metr yolda nə qədər insanın toplaşmasını təsəvvür etmək o qədər də çətin deyil. Eyni zamanda həmin hissədə çadırlar qurulub, tonqallar yandırılıb. Gələnlərin sayı çoxaldığı üçün meydan artıq darlıq edir. Ona görə də düşünürəm ki, müəyyən vaxtdan sonra rotasiya olunmalıdır. Orada qalıb yorulananlar evlərinə gedə və onları yeni iştirakçılar tələblərini səsləndirməklə əvəz edə bilərlər. Meydandan kənara çıxmaq da mümkün deyil. Çünki yolun bir tərəfi qarlı meşəlikdir, sağ tərəfində isə hərbçilər düzülüb, keşik çəkirlər.

V.Məmmədov üçüncü gün davam edən aksiyanın sakit keçdiyini vurğulayıb. O əlavə edib ki, iştirakçılar tələblərində əzmkardırlar. Onlar yorulmadan şüarlarını səsləndirilər və istəklərinə nail olana qədər meydandan çıxmayacaqlarını deyirlər.

“Volkov hələ gəlməyib. Gələcəyi haqqında bir məlumat da yoxdur. Ara-sıra yalan xəbərlər, dezinformasiyalar da yayılır. Məsələn, gah deyirlər ki, bizimkilər sülhməramlılarla danışıqlara gedib. Gah deyirlər ki, sülhməramlılar aksiya iştirakçılarının saat 12-ə yə qədər dağılışmaqları barədə xəbərdarlıq edib. Bunlar hamısı haradan yayılır bilmirəm, amma kimlərinsə dilindən meydanda deyilir. Yəqin onlar da sosial şəbəkələrdə internetdə haradansa oxuyurlar”, Vüsal Məmmədov əlavə edib. O bildirib ki, bu cür dezinformasiyalar ümumi əhvala təsir etmir.



Aytən Zəhra
AzVision.az


Teqlər: Şuşa   Xankəndi   Etiraz   Ekolojiterrorason  





Xəbər lenti