"2026-cı ildə turizm xərcləmələri 4 dəfə artacaq" - Fuad Nağıyev

  "2026-cı ildə turizm xərcləmələri 4 dəfə artacaq" -    Fuad Nağıyev
  14 Dekabr 2022    Oxunub:915
Hədəfimiz 2026-cı ildə Azərbaycana səfər edən əcnəbilərin sayını 4 milyon nəfərə, ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayını isə 6 milyon nəfərə çatdırmaqdır
AzVision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. O hesab edir ki, 2026-cı ildə cəmi turizm xərcləmələri 2021-ci illə müqayisədə 4 dəfə artaraq 11,2 milyard manata çatacaq:

"Bunun da 49 faizi, yaxud 5,5 milyard manatı əcnəbi turistlərin payına düşəcək. Ümumilikdə isə 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalı 2019-cu illə müqayisədə 1,5 dəfə artacaq, orta hesabla hər il turizm sektorunda 20 faiz artım qeydə alınacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti