Aksiyanın könüllü qəhrəmanları - FOTO

   Aksiyanın könüllü qəhrəmanları -    FOTO
  14 Dekabr 2022    Oxunub:757
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası üçüncü gündür davam edir. Ekoloqların başlatdığı aksiyaya qoşulanların sayı günbəgün artır. Onların içərisində gənc könüllülər fəallıqları ilə seçilir.
Gecə-gündüz fərq etmədən sülhməramlıların postunun qarşısında dayanan gənc fəallar tələblərini əzmkarlıqla səsləndiririb, etirazlarını bildiriblər.

AzVision.az -ın obyektivinə tuş gələn fotoda isə gecə səhərə qədər etiraz edib yorulan gənc fəallar çadırda gözlərinin acısını alırlar. Onları digər yoldaşları əvəz edir.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.





Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti