"Türkmən və azərbaycanlı qardaşlarımızla əməkdaşlığa hazırıq" - Ərdoğan

"Biz türkmən və azərbaycanlı qardaşlarımızla əməkdaşlığa hazırıq. Həmçinin ölkəmizə elektrik enerjisinin nəqli ilə bağlı Türkmənistan və Azərbaycanla işləməyə hazırıq".
Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin bitməsinə çalışır: "İstanbulda başlayan danışıqlar prosesi hələ də sülh danışıqları üçün ən etibarlı çərçivəni təşkil edir. Putin və Zelenski ilə danışıqlarımızı davam etdiririk".
Aytən Zəhra
AzVision.az
Teqlər: