"Türkmən və azərbaycanlı qardaşlarımızla əməkdaşlığa hazırıq" - Ərdoğan

   "Türkmən və azərbaycanlı qardaşlarımızla əməkdaşlığa hazırıq" -    Ərdoğan
  14 Dekabr 2022    Oxunub:593
Bu gün çox fərqli və mənalı bir günün şahidi oluruq. Həmrəyliklə hərəkət etdiyimiz hər işdə uğur qazanacağımız şübhəsizdir. Azərbaycan bunun ən son nümunəsidir. Təşkilatımıza müşahidəçi üzv kimi daxil olan türkmənlərin tamhüquqlu üzv kimi iştirakı bizə böyük güc verəcək
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti rəxəb Tayyib Ərdoğan Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə deyib. o bildirib ki, Türkmənistan qazının Qərbə nəqlinə indidən başlamaq lazımdır.

"Biz türkmən və azərbaycanlı qardaşlarımızla əməkdaşlığa hazırıq. Həmçinin ölkəmizə elektrik enerjisinin nəqli ilə bağlı Türkmənistan və Azərbaycanla işləməyə hazırıq".

Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin bitməsinə çalışır: "İstanbulda başlayan danışıqlar prosesi hələ də sülh danışıqları üçün ən etibarlı çərçivəni təşkil edir. Putin və Zelenski ilə danışıqlarımızı davam etdiririk".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti