"Qazilər yazıb aksiyada iştirak etmək istədiklərini deyirlər"- Rey Kərimoğlu

"Dünən axşam hava çox soyuq idi, buna baxmayaraq, eyni xətt üzrə aksiyamız davam edir. Qazilərimizi bura dəvət etməyə ehtiyac yoxdur. Onlar özləri könüllü şəkildə gəlmək istəyirlər. Qarabağ Qaziləri Birliyinin minlərlə üzvi inciyir ki, niyə onları da gətirməmişik. Mənə yazıb narazılıqlarını bildirirlər. Hamı istəyir ki, aksiyada iştirak etsin.
Rusiya sülhməramlılarının komandanı Andrey Volkov reaksiya verənə kimi aksiyamız davam edəcək. Aksiyada gənc, orta və yaşlı nəslin nümayəndələri iştirak edir.
Aksiya iştirakçılarından olan Şərqiyyə xanım Dadaşovanın kifayət qədər yaşı var. Bu gecə onu bir saatlıq da olsa ərazidən uzaqlaşdıra bilmədik. Gənclərimiz də eyni hərarətlə iştirak edir.
Allah miləttimizi qorusun. Ordumuzu arxamızda hiss edirik. Rus ordusunun bir metrliyindəyik. Onlar və biz tərəfdən təxribat yoxdur. Xankəndindəki ermənilərin qazının və dərman vasitələrinin olmadığını deyirlər. Bildirmək istəyirəm ki, yolu biz deyil, sülhməramlılar bağlayıb. Onlar nə zaman istəsələr dərman vaxistələrini çatdıra bilərlər".
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: