Aksiyaçıların səhhəti necədir? - Həkimdən açıqlama

"Əsasən şikayətlər yuxarı tənəffüs yollarında olan qıcıqlanmalar, boğazağrısı ilə bağlıdır. Eyni zamanda burada durmadan ciddi şüarlar səsləndirirlər. Bu da boğazda qıcıq yaradır. Gecə saatlarında yüksək təzyiqlə bağlı şikayətlər də olur ki, bu da dağlıq ərazidə olmağımızla əlqədardır".
A.Haşımova qeyd edib ki, özləri ilə ən çox ehtiyac duyulan dərman vasitələrini gətiriblər:
"Azərbaycan Könüllü Həkimlər Assosasiyasının həkimləri 44 günlük Vətən müharibəsi zamanı da bir yerdə işləyib. Bu baxımdan təcrübəliyik. Bura iştirakçılara dəstək olmaq və lazımi tibbi yardım göstərmək üçün gəlmişik. Hələlik təxliyəyə ehtiyac olmayıb. Sipmotmatik şikayətlər olub və əlimizdəki dərman vasitələri ilə vəziyyəti nəzarətdə saxlayırıq".
Aytən Zəhra
AzVision.az
Teqlər: