Makronun Azərbaycana qərəzli münasibəti Kanada mətbuatında

Müəllif Ermənistanın son 30 ildə beynəlxalq hüququ pozaraq Azərbaycan torpaqlarını işğal altında saxlamasına baxmayaraq, komandası erməni diasporunun təsiri altında olan Makronun Azərbaycanı 44 günlük İkinci Qarabağ müharibəsinə görə ittiham etdiyini də diqqətə çatdırıb.
Məqalədə qeyd olunub ki, 44 günlük Vətən müharibəsi zamanı bu torpaqların Azərbaycanın tərkib hissəsi kimi tanınması səbəbindən heç nə edə bilməyəcəyini bəyan edən Makron bu yaxınlarda verdiyi müsahibədə keçmiş bəyanatlarını unudaraq, Dağlıq Qarabağ ətrafında vəziyyətin müzakirə altında olduğunu bildirib. İsrailli politoloq bu qəbildən olan bəyanatların təcavüzkar niyyətlərindən əl çəkməyən Ermənistanın özünəinamını artırdığını, danışıqlar prosesinin Ermənistan tərəfindən dəfələrlə əsassız olaraq pozulmasına gətirib çıxardığını və beləliklə, bölgədə sülhün əldə olunmasını ləngitdiyini vurğulayıb. Beynəlxalq təcrübədə vasitəçi kimi çıxış etməyə çalışan istənilən dövlətin müəyyən mövqedən çıxış etməklə öz neytrallığını pozmasının sülh prosesinin yenidən dalana dirənməsi ilə nəticələndiyinə çox rast gəlindiyini qeyd edən müəllif Fransa Prezidenti Emmanuel Makronun hazırkı siyasətindən doğan vasitəçilik cəhdlərinin yaranan yeni geosiyasi vəziyyətdə mənfi dəyişikliyə səbəb olacağını proqnozlaşdırıb.
AzVision.az
Teqlər: Kanada Azərbaycan Makron