Kəlbəcərdə şəhid olan hərbçi gizir Zöhrab Hümbətovdur - FOTO

   Kəlbəcərdə şəhid olan hərbçi gizir Zöhrab Hümbətovdur -  FOTO
  14 Dekabr 2022    Oxunub:1819
Kəlbəcər rayonunun Çıraq kəndində minaya düşərək şəhid olan hərbçi gizir Hümbətov Zöhrab Məmməd oğludur.
AzVision.az xəbər verir ki, hərbçinin nəşi artıq Tovuz rayonuna gətirilib. Müdafiə Nazirliyi şəhidin yaxınlarına başsağlığı verib:

"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!"

Hərbçinin ailəsi rayonun Aşağı Quşçu kəndində yaşayır. O, 10 ildən çox idi hərbi xidmətdə idi. Şəhidin 3 övladı var və onun sabah dəfn olunacağı bildirilir.

AzVision.az



Teqlər: Şəhid   Kəlbəcər  





Xəbər lenti