XİN mina terrorunu qınadı: "Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır!"

    XİN mina terrorunu qınadı:   "Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır!"
  14 Dekabr 2022    Oxunub:895
“Bu gün Kəlbəcərdə Ermənistanın yerləşdirdiyi minanın partlaması nəticəsində 4 mülki işçi ağır xəsarət alıb”.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Tvitter hesabındakı paylaşımda yazılıb.

“Bundan başqa, 1 gizir həlak olub, 3 əsgər yaralanıb. 2020-ci il müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının sayı 278-ə çatıb. Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır!”, - tvitdə qeyd edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti