Maestro Niyazinin oğlu göz yaşı tökdü –"Narkotikə qurşandım" - VİDEO

  Maestro Niyazinin oğlu göz yaşı tökdü    –"Narkotikə qurşandım" -  VİDEO
  14 Dekabr 2022    Oxunub:3285
Korifey sənətkarımız, dirijor Niyazinin oğlu Ceyhun uzun illərdən sonra üzə çıxıb.
AzVision.az xəbər verir ki, AZTV-yə müsahibə verən Ceyhun bu illərdə başına gələnlərdən danışıb.

“14 yaşında narkotikaya qurşandım”-deyən Ceyhun göz yaşlarını saxlaya bilməyib.

Dirijor Niyazi ilə dünyalar qədər sevdiyi Həcər xanımın izdivacından övladları olmayıb. Onların övladları olmadığından qohumlarından Ceyhun adlı oğlanı övladlığa götürüblər. Amma Niyazi və Həcər xanımın böyütdüyü bu oğlan məşhur ailəyə fəlakət gətirib.

Bütün qayğısız uşaqlıq dövrünü bu məşhur ailənin evində keçirən Ceyhun günlərin birində narkotik aludəçisinə çevrilir. Elə ailə dramı bundan sonra başlayıb. Ceyhun Niyazi və Həcər xanımı min bir əziyyətə düçar edib. 1990-cı il isə Niyazinin ailəsi üçün dəhşətli hadisə ilə yadda qalıb. Bəzi məlumatlara görə, narkotik almaq üçün pul dalınca evə gələn Ceyhun istədiyini əldə edə bilməyəndə analığı Həcər xanımı öldürmək qərarına gəlir. Əvvəl analığının başından vurur, sonra isə onu boğur və evi qarət edərək qaçır.

İndi Niyazinin ev-muzeyində sahibinə məxsus xatirə əşyalarının və əlyazmalarının çoxu yoxdur. Deyilənə görə, o əşyaların bəzilərini (məsələn, Maestronun həmişə barmağına taxdığı brilliant qaşlı üzüyü) Ceyhun evdən çıxararaq satıb, puluna narkotik alıb.

AzVision.az




Teqlər: Narkotik   Dirijor  





Xəbər lenti