Bakı-Quba yolunda qəza: 6 nəfər ölüb

 Bakı-Quba yolunda qəza:  6 nəfər ölüb
  15 Dekabr 2022    Oxunub:1477
TƏBİB-dən verilən məlumata görə, bu gün Bakı-Quba yolunda baş verən ağır yol qəzası nəticəsində bir nəfər Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
1992-ci il təvəllüdlü olan şəxsin müalicəsi Təcili tibbi yardım bölməsində davam edilir. Vəziyyəti orta ağırdır.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Siyəzən rayonu ərazisində (Bakı-Quba avtomobil yolunun 85-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

AzVision.azxəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı mikroavtobus və “DAF” markalı yük avtomobili toqquşub, 6 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 6 nəfərin meyiti zədələnmiş mikroavtobusdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***
Bakı-Quba yolunun 98-ci km-də (Sizyəzən rayonu ərazisindən keçən hissəsində) ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

"Mersedes Vita" markalı avtomobillə tır toqquşub. İkin məlumata görə ölənlər və yaralılar var. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

İlkin məlumata görə, "Mersedes Vita"da olan sürücü daxil olmaqla 6 nəfər həlak olub, TIR sürücüsü xəsarət alıb.









AzVision.az


Teqlər:



Xəbər lenti