Kəlbəcərdə yük avtomobili qaçırıldı

   Kəlbəcərdə yük avtomobili qaçırıldı
  15 Dekabr 2022    Oxunub:760
Kəlbəcər rayonu ərazisində inşaat şirkətinə məxsus “HOWO” markalı yük avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən orada sürücü işləyən Goranboy rayon sakini Elçin İsmayılov saxlanılıb.

Avtomobil şirkətə təhvil verilib. Hazırda araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti