Rusiya təyyarəsi Bakıya təcili eniş edib

Rusiya təyyarəsi Bakıya təcili eniş edib
  15 Dekabr 2022    Oxunub:727
Rusiyanın "Utair" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
AzVision.az xəbər verir ki, bu barədə hava limanı məlumat yayıb.

Məlumata görə, Moskva-Gəncə marşrutu üzrə reys həyata keçirən hava gəmisinin kapitanı təyinat yerini bürüyən dumanla əlaqədar Bakı aeroportuna eniş sorğusu göndərib. "Boeing 737" markalı təyyarəsi yerli vaxt ilə saat 10:42-də hava limanına enib.

AzVision.az


Teqlər:



Xəbər lenti