Müsavatın qurultayı bir aylıq təxirə salındı

Müsavatın qurultayı bir aylıq təxirə salındı
  13 May 2014    Oxunub:1330
Müsavat Partiyası mayın 24-də keçirməyi planlaşdırdığı qurultayının vaxtını dəyişdiyi barədə bəyanat yayıb.
AzVision.az xəbər verir ki, Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunun gecikdirməsini, qurultayın keçirilməsi üçün partiyanın Nizamnaməsi və təlimatlarına uyğun olaraq ən azı bir ay vaxtın lazım olduğuna əsas götürərək (başqanlığa, sərbəst Məclis üzvlüyünə və MNTK-ya namizədlərin irəli sürülməsi, namizədlərin təbliğat kampaniyasının aparılması və s. texniki işlərin görülməsi üçün), qurultayın 21 iyun 2014-cü ildə keçirilməsi və bu barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməsi haqqında qərar qəbul edib. Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini bu vaxta qədər olan maneələrə son qoyaraq və verdiyi sözə əməl edərək, “Siyasi partiyalar haqqında” qanuna əsaslanmaqla Müsavat Partiyasına iyunun 21-də qurultay keçirməsi üçün 800-1000 nəfərin yerləşə biləcəyi zalın ayrılmasına çağırıb.

Qeyd edək ki, Müsavat Partiyası müraciətinə cavab verilmədiyinə görə Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Mayın 12-də keçirilən məhkəmə prosesində Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi məktuba “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna istinad edərək, müraciətdə qurultayın keçirilmə günü kimi qeyd edilən vaxtdan - 24 maydan 3 gün qabaq cavab veriləcəyini bildirib. Bəyanatda Bakı Şəhər İcra Hakimiyyətinin başçısının Müsavat Partiyasına qurultay keçirmək üçün 650-700 nəfərlik yer verəcəyi, lakin partiyanın özünün qurultay keçirmək niyyətində olmaması barədə açıqlama xatırladılıb.

Müsavat Partiyası hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının Gül bayramını bəhanə edərək, yer ayırmaq üçün vaxtının olmaması, eləcə də fevralın 11-də ünvanlanmış məktuba cavab vermək üçün yenidən 9 gün vaxt istəməsi və məhkəmə prosesinin də həmin müddətə təxirə salınması bəhanədir.

APA.az


Teqlər:





Xəbər lenti