Şuşa, Kəlbəcər və Laçının hava proqnozu
Dekabrın 16-da dəyişkən buludlu, əsasən yağmursuz, arabir duman olacaq. Lakin axşama doğru az yağıntılı olacağı, zəif qar yağacağı ehtimalı var. Qərb küləyi 2-6 m/s, havanın temperaturu gecə 3-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.
Dekabrın 17-də arabir az qar yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi 3-8 m/s, havanın temperaturu gecə 3-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq. Dekabrın 18-də əsasən yağmursuz, arabir duman, şərq küləyi 2-6 m/s, havanın temperaturu gecə 3-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


