NATO ilə tərəfdaşlığın perspektivləri müzakirə olunub

NATO ilə tərəfdaşlığın perspektivləri müzakirə olunub
  15 Dekabr 2022    Oxunub:743
Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadənin NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina ilə görüşündə NATO-Azərbaycan tərəfdaşlığının perspektivləri müzakirə olunub.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan səfiri tviter səhifəsində yazıb. Bildirilib ki, tərəflər NATO-Azərbaycan tərəfdaşlığının perspektivləri, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə töhfəsi, enerji təhlükəsizliyi və regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.

AzVision.az



Teqlər:



Xəbər lenti