Nazir: "Müəllim həm təhsilverən, həm də metodist kimi əməkhaqqı alacaq”

      Nazir:    "Müəllim həm təhsilverən, həm də metodist kimi əməkhaqqı alacaq”
  15 Dekabr 2022    Oxunub:756
"Sertifikasiya yekunlaşandan sonra təhsil işçilərinin digər bacarıqlarının yoxlanılmasına fokuslanacağıq".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən suallara cavabında deyib. Onun sözlərinə görə, məqsəd sertifikasiyadan keçməyən müəllimin şagirdlərə dərs deməməsidir:

"Amma işdən də çıxmayacaqlar. Sertifikasiya imtahanları nəticəsində bir sıra islahatlar həyata keçiriləcək. Misal olaraq bölgülər olacaq və ona uyğun da əməkhaqqı artırıla bilər. Yəni müəllim həm təhsilverən, həm də metodist kimi əməkhaqqı alacaq”.

AzVision.az


Teqlər:



Xəbər lenti