Ötən il 18 yaşadək ana olan qadınların sayı açıqlandı

   Ötən il 18 yaşadək ana olan qadınların sayı açıqlandı
  15 Dekabr 2022    Oxunub:811
Hesabat dövründə ailə münaqişəsi zəminində daxil olmuş məlumatlar üzrə görülən operativ cavab tədbirləri nəticəsində 10 min 587 hüquqa zidd əməlin qarşısı alınıb.
Bununla bağlı məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin dekabrın 15-də keçirilən iclasında təqdim olunan illik hesabatında öz əksini tapıb.

Bildirilir ki, 2021-ci ildə 18 yaşadək qadınlar tərəfindən doğulan uşaqların sayı ölkə üzrə 1650 nəfər təşkil edib. Bakı şəhərində bu rəqəm 113 nəfər olub.

Respublikanın iqtisadi rayonları üzrə 2021-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayında ən yüksək göstərici Aran iqtisadi rayonunun payına düşür (575 nəfər).

AzVision.az



Teqlər:



Xəbər lenti