"Kişi müəllimlərinin sayının artırılması vacibdir" - Sədaqət Qəhrəmanova
O bildirib ki, oğlan uşaqlarının tərbiyəsində kişi müəllimlərin rolu vacib məsələdir.
“Bu gün ancaq qadınlar tərəfindən uşaqların tərbiyə edilməsi doğru deyil. Təhsildə kişi müllimlərin artırılması istiqamətində hansısa tədbirlər görməliyik ki, nəticələr əldə edək”, - deyə o qeyd edib.
S.Qəhrəmanova, həmçinin, məktəblərdə keçirilən iclaslara ataların da getməsinin vacibliyini qeyd edib. “Atalar niyə məktəb iclaslarına getmirlər? Hesab edirəm ki, atalar da bu iclaslarda iştirak etməlidir”, - deyə o qeyd edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


