Azərbaycanda 10 milyon əhaliyə 13 milyon bank kartı düşür

   Azərbaycanda 10 milyon əhaliyə 13 milyon bank kartı düşür
  15 Dekabr 2022    Oxunub:1215
Azərbaycanda alış-veriş zamanı “Mastercard”dan istifadənin həcmi 35 faiz artıb.
AzVision.az xəbər verir ki, bu barədə “Mastercard”ın baş direktoru Avşar Gürdal deyib. O bildirib ki, “Mastercard” olaraq əsas hədəf nağdsız ödənişə üstünlük verən cəmiyyətə çatmaqdır:

"Azərbaycan bazarında bank kartlarının yarısı "MasterCard"ın payına düşür. Ümumilikdə "MasterCard" bank kartlarının emissiyası ildən-ilə artır. Biz banklar tərəfindən kartlarımızın emissiyasında sabit illik artımı qeyd edirik. Azərbaycanda 10 milyon əhaliyə 13 milyon bank kartı düşür".

Onun sözlərinə görə, bank kartları ilə ödənişlərin 40%-i alış-verişlə (ticarətlə) bağlıdır. Hazırda Azərbaycanda ödəmələrin 60%-i “e-ticarət” vasitəsilə həyata keçirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti