Masallıda avtomobil təmiri sexində yanğın olub

Masallıda avtomobil təmiri sexində yanğın olub
  15 Dekabr 2022    Oxunub:651
Masallı şəhərində ümumi sahəsi 140 m² olan 3 boksdan ibarət avtomobil təmiri sexinin sahəsi 60 m² olan boksunda şüşə-pambıq üzlükdən ibarət tavan və sahəsi 8 m² olan otağın yanar konstruksiyaları yanıb.
Bu barədə AzVision.az -a FHN-dən məlumat verilib.

Xəbərə görə, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az



Teqlər:



Xəbər lenti