Bakı-Qazax yolunda ağır qəza baş verib

 Bakı-Qazax yolunda ağır qəza baş verib
  15 Dekabr 2022    Oxunub:1019
Hadisə Bakı-Qazax yolunun Gəncədən keçən hissəsində qeydə alınıb.
Belə ki, 'MAN" markalı yük maşını "Qazel" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Xüsusən də, "Qazel" markalı avtomaşın daha çox yararsız hala düşüb.


İlkin məlumata görə, qəzaya səbəb "MAN" markalı maşının sürücüsü tərəfindən yol kənarında heç bir xəbərdaredici nişan olmadan dayanması olub.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)


Teqlər:



Xəbər lenti