Torpağa görə dava etdilər

   Torpağa görə dava etdilər
  15 Dekabr 2022    Oxunub:677
Cəlilabadda pay torpağı üstündə düşən mübahisə davaya çevrilib.
Cəlilabad rayon Axtaxana kənd sakini V.Sadıqov pay torpağı üstündə yaranan mübahisə zamanı həmkəndlisi E.Məmmədovu döyərək ona xəsarət yetirib.

E.Məmmədovun qardaşı isə yaranan mübahisə zəminində V.Sadıqovun qardaşı oğlu, 2005-ci il təvəllüdlü A.S-nı döyüb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hər iki faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.(APA)


Teqlər:





Xəbər lenti