Əhalinin 73,1 faizi sülh müqaviləsini dəstəkləyir - Rəy sorğusu

   Əhalinin 73,1 faizi sülh müqaviləsini dəstəkləyir -    Rəy sorğusu
  16 Dekabr 2022    Oxunub:507
Azərbaycan əhalisinin 73,1 faizi Ermənistanla sülh müqaviləsini dəstəkləyir.
AzVision.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin apardığı sorğuda iştirak edənlərin böyük əksəriyyəti sülh müqaviləsinin imzalanmasına müsbət yanaşıb.

Qeyd edək ki, sentyabr ayında keçirilən sorğunun nəticələri ilə müqayisədə (71,2 faiz) Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dəstəyini ifadə edənlərin sayında nisbi artım müşahidə olunub.

Azərbaycan cəmiyyətinin sülh və barış mövqeyinə baxmayaraq, özünü beynəlxalq ictimaiyyətə sülh və sabitlik təşəbbüskarı kimi təqdim edən erməni əhali, əslində, sülhün tərəfdarı deyil.

AzVision.az



Teqlər:





Xəbər lenti