"Hökümət buludu"na inteqrasiya olunan dövlət qurumlarının sayı açıqlanıb

   "Hökümət buludu"na inteqrasiya olunan dövlət qurumlarının sayı açıqlanıb
  16 Dekabr 2022    Oxunub:1008
Bu il Azərbaycanda "Hökümət buludu"na inteqrasiya olunan dövlət qurumlarının sayı açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini İnarə Vəliyeva mətbuat konfransında məlumat verib. O bildirib ki, bu il 26 dövlət qurumu "Hökümət buludu"na inteqrasiya olunub.

Onun sözlərinə görə, 2023-cü ildə daha 22 dövlət qurumunun "Hökümət buludu"na inteqrasiyayası planlaşdırılır.

İnarə Vəliyeva əlavə edib ki, rəqəmsal hökümət istimaqətində də bir sıra strateji sənədlərin işlənməsinə başlanılıb: "Dünya Bankı tərəfindən bu işi görəcək şirkətlər seçilib. Araşdırma aparılır, dövlət qurumlarına suallar göndəriləcək və cavablar əsasında işlər görüləcək".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti