Azərbaycanlılar ermənilərlə birgə yaşaya bilərmi? - SORĞU

“Bəli, hər halda” cavab variantı respondentlərin 4,4 faizi tərəfindən seçilib. Bu suala cavab verməkdə çətinlik çəkənlər 2,0 faiz təşkil edib.
Maraqlıdır ki, sentyabr ayında keçirilən sorğu ilə müqayisədə ermənilərlə Qarabağda birgəyaşayış məsələsinə respondentlərin yanaşmasında müsbət istiqamətdə dəyişiklik müşahidə edilib. Belə ki, sentyabrda keçirilən sorğuda Qarabağda ermənilərlə birgəyaşayışı respondentlərin 68,6 faizi “heç bir halda” mümkün hesab etməmişdi, 27,0 faizi ermənilərlə Qarabağda birgəyaşayışı “bəli, yalnız şərtlər daxilində” mümkün saymaqla müsbət yanaşma sərgiləmişdi.
Qeyd edək ki, sorğuda könüllülük prinsipi əsasında 18 yaşından yuxarı 390 respondent iştirak edib. Sorğular telefonla müsahibə formasında aparılıb və 12 iqtisadi rayonu əhatə edib. Seçmə çərçivəsi beynəlxalq metodologiyaya uyğun və əhali sayına proporsional müəyyən edilib. Sorğunun nəticələri 95 faiz əminlik intervalında olmaqla xəta əmsalı 5 faizə bərabərdir.
AzVision.az
Teqlər: