Süni intellekt əsasında Vahid Məhkəmə Sistemi yaradılır

   Süni intellekt əsasında Vahid Məhkəmə Sistemi yaradılır
  16 Dekabr 2022    Oxunub:1028
“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə inteqrasiyası istiqamətində iş davam edir.
AzVision.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, fərmanə əsasən agentliyə 3 ay vaxt verilib: "Biz daha tez müddətdə inteqrasiyanın nitəcəsini gözləyirik. Proses davam edir. Bunun rəsmi ləğv edilməsi üçün müəyyən sənədlərin hazırlanması da var. Növbəti ilin 2 ay ərzində "E-gov.az"ın inteqrasiyasının bitməsi planlaşdırılır".

İnarə Vəliyeva əlavə edib ki, Azərbaycanda süni intellekt əsasında Vahid Məhkəmə Sisteminin istifadəyə verilməsi 2023-cü ilin yanvarında nəzərdə tutulub:

"Hazırda Vahid Məhkəmə Sistemi test rejimində fəaliyyət göstərir. Bu sahədə Ali Məhkəmə ilə birlikdə fəaliyyət göstərilir və sistemin yaradılmasında 50 minə yaxın sənəddən istifadə edilib".

AzVision.az




Teqlər:



Xəbər lenti