Şuşaya qar yağacaq

   Şuşaya qar yağacaq
  16 Dekabr 2022    Oxunub:576
Şuşa, Kəlbəcər və Laçında hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən xəbərə görə, hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı, 16-sı axşamdan 17-si gecəyədək qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

Dekabrın 16-da dəyişkən buludlu, əsasən yağmursuz hava olacaq. Lakin gecəyə doğru az yağıntılı olacağı, zəif qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi 2-6 m/s olacaq. Havanın temperaturu gündüz 1° şaxtadan 3°-dək isti, axşam 2-4° şaxta olacaq.

Dekabrın 17-də dekabrın 16-dan 17-nə keçən gecə az qar yağacağı, səhərə doğru kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman. Qərb küləyi 3-8 m/s olacaq. Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

Dekabrın 18-də əsasən yağmursuz, arabir dumanlı hava olacaq. Şərq küləyi 2-6 m/s olacaq. Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti