DMX rəisi: "Miqrantlara qarşı tətbiq edilən inzibati qərarların sayı iki dəfə artıb"

      DMX rəisi:    "Miqrantlara qarşı tətbiq edilən inzibati qərarların sayı iki dəfə artıb"
  16 Dekabr 2022    Oxunub:757
Ötən illə müqayisədə bu il qanunsuz miqrantlara qarşı tətbiq edilən inzibati qərarların sayı iki dəfə artıb.
AzVision.az xəbər verir ki bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında deyib. Xidmət rəisi küçələrdə əcnəbi vətəndaşların dilənçilik etməsinə də münasibət bildirib.

O qeyd edib ki, həmin şəxslər bəzən turizm məqsədilə ölkəmizə daxil olur və təqdim etdikləri bəyanlarına uyğun hərəkət etmirlər: "Belə olan halda onlara qarşı müvafiq qurumlar tərəfindən tədbirlər görülür. Ümumiyyətlə, hesab edirəm ki, belə hallarda kəskin azalma var".

V.Hüseynov ölkəyə qanunsuz miqrantların əsasən qonşu ölkələr və Cənub-Şərqi Asiya ölkələrindən daxil olduğunu vurğulayıb.

Aytən Zəhra
AzVision.az





Teqlər:



Xəbər lenti