30 ukraynalı uşaq və gəncin reabilitasiya kursu başa çatıb

DTSERA-nın İdarə Heyətinin sədr müavini Ramin Rzayev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Ukraynanın Azərbaycandakı səfirinin I katibi Osadçiy Yevgeniy Valeriyeviç və səfirin xanımı Lyudmila Qrebeniçenkonun həmin uşaq və gənclərlə görüşü olub.
Qeyd olunub ki, mərkəzdə ukraynalı uşaq və gənclərin tibbi və sosial-psixoloji reabilitasiyası işləri aparılıb. Emosional vəziyyətlərinin stabilləşməsi məqsədilə peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa məşqləri keçirilib. Eyni zamanda, onların regionun tarixi və görməli yerlərinə ekskursiyaları təşkil olunub.
Ukraynanın Azərbaycandakı səfirinin I katibi ukraynalı uşaq və gənclərə göstərilən qayğıya görə təşəkkürünü bildirib. Ukraynalı uşaq və gənclərə hədiyyələrin də təqdim olunduğu görüş konsert proqramı, uşaqların mahnı və rəqs ifaları ilə davam edib.
AzVision.az
Teqlər: