Bakıda direktorun ad gününə yığılan pullar geri qaytarıldı

   Bakıda direktorun ad gününə yığılan pullar geri qaytarıldı
  16 Dekabr 2022    Oxunub:743
Paytaxtdakı Texniki-humanitar liseydə direktorun ad günü münasibətilə pul yığılması barədə daxil olmuş məlumatla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılıb.
Bu barədə İdarədən AzVision.az -a bildirilib.

“Araşdırma zamanı məlum olub ki, 8F sinfinin valideyni məktəb direktoruna gül buketi almaq üçün pul yığılmasını sinfin digər valideynlərinə təklif edib. Təklifi qəbul edən bir neçə valideyn kart vasitəsilə 5 manat pulu könüllü olaraq ödəyiblər.

Araşdırma nəticəsində pul yığımının qarşısı alınıb və toplanmış vəsaitlər geri qaytarılıb. Digər siniflərdə analoji hallar müəyyən edilməyib”, - deyə BŞTİ-dən bildirilib.

AzVision.az


Teqlər:



Xəbər lenti