Soyqırımbazlıq xəstəliyi – Ədalət Verdiyevin yazısı

// Ermənilər “genosid” mövzusunu oyuncağa çeviriblər

      Soyqırımbazlıq xəstəliyi    – Ədalət Verdiyevin yazısı
  16 Dekabr 2022    Oxunub:2598
Azərbaycanın işğaldan azad edilən ərazilərindəki 979 yaşayış məntəqəsində bu gün nəinki qaz, hətta onun xətti belə yoxdur. Bunlardan təxminən 300 yaşayış məntəqəmizin qaz xətlərini məhz ermənilər söküb, İrana satıblar. Əsl soyqırım isə Xocalıda, Baqanis Ayrımda, Quşçularda, Malıbəylidə, Qaradağlıda olub və onları da ermənilrilər törədiblər.
Odur ki, Vüsal Məmmədovun sözlərilə desək, “əgər Xankəndində qaz yoxdursa, ermənilər altdan isti geyinsinlər”. Başqa variant kimi təzəkdən və ya Ruben Vardanyandan təbii qaz əvəzi istifadə edə bilərlər. Yox, əgər Qarabağdakı ermənilər gələcəkdə normal insan həyatı arzu edirlərsə, o zaman Rubeni ilk növbədə tonqalda yandırmalıdırlar, onun Qarabağa gəlişi əldə edilən müsbət nəticələrin hamısının üstündən xətt çəkdi.

Böyük ehtimalla, Rusiya Azərbaycanın Qarabağdakı ermənilərlə dil tapmasından narahat oldu, çünki bu, rus sülhməramlılarının erkən yola salınması ehtimallarını gücləndirirdi. Kreml Ruben vasitəsilə Qarabağda təsirini qorumağa çalışırdı, amma tam əks effekt alındı və artıq bir həftədir ki, Rubenə görə rus əsgəri Qarabağda gözünü yuma, onun komandanı isə adam içinə çıxa bilmir. Adam içinə çıxarılan sərxoş rus polkovnik təmsil etdiyi ordunu bir daha dünyada biabır etdi. AzVizion.az-ın hazırladığı karikatura isə bu hadisəni parlaq şəkildə ifadə etdi.


“Ermənizm” nəzəriyyəsində erməni maraqlarına uyğun olmayan istənilən hadisənin avtomatik “soyqırım” kateqoriyasına aid edilməsi, hər insidentdə dərhal Azərbaycanın günahlandırılması axmaqlıqdan başqa bir şey deyil. Bu gün Avropanın böyük bir hissəsi qazsız qalıb, amma kimsə bunu “soyqırım” adlandırmağa cəhd etmir. Odur ki, ermənilər bu qondarma “soyqırım” mövzusunu kənara qoysalar, yaxşıdır. Əgər həqiqətən də erməni tərəfi “soyqırım” axtarışındadırsa, o zaman müharibədən sonra minaya düşən 278 nəfər Azərbaycan vətəndaşı barədə açıqlama versin. Bu fəaliyyətinə görə cəzasız qalması Ermənistanın daha da cəsarətlənməsinə gətirib çıxara bilər.

Laçın yolunun nəzarətsiz qalmasının yenə də Azərbaycan ərazilərinə minaların gətirilməsinə və basdırılmasına şərait yaradacağı şübhə doğurmur. Azərbaycan hələ də ərazilərinin bir hissəsini işğalda saxlayan və mina terroru həyata keçirən Ermənistanın dizi üstdən qalxmasına, silahlanmasına, dirçəlməsinə və ordusunu bərpa etməsinə imkan verə bilməz. Dünyanın heç bir yerində heç bir işğalçı və məğlub ölkə Ermənistan qədər açıq şəkildə silahlanmayıb. Əgər beynəlxalq təşkilatlar, regionda sülh və təhlükəsizlik barədə bəyanat verən ölkələr Ermənistanın silahlanmasına və mina terrorunun dayandırılmasına nail olmasalar, Azərbaycanın perventiv tədbirlər görməkdən başqa çıxış yolu qalmayacaq.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az



Teqlər: Erməni-xəstəliyi   Soyqırımıbazlıq  





Xəbər lenti