Laçın yolunda aksiyası bu gecə də davam etdiriləcək

   Laçın yolunda aksiyası bu gecə də davam etdiriləcək
  16 Dekabr 2022    Oxunub:851
Xankəndi-Laçın yolunda etiraz aksiyası bu gecə də davam etdiriləcək
AzVision.az xəbər verir ki, iştirakçılar bununla ermənilərin dinc aksiyanın bu gün yekunlaşacağı ilə bağlı yaydığı məlumatın həqiqətə uyğun olmadığını bildiriblər. Onlar tələblərinin yerinə yetirilənə qədər dinc aksiyanı davam etdiriləklərinj deyiblər.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolu yolunda keçirilən etiraz aksiyası artıq beş gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti