“Bu,provakasiya məqsədi daşıyır”

“Bu,provakasiya məqsədi daşıyır”
  14 Fevral 2013    Oxunub:3483
“Ermənilərin işğal olunmuş Azərbaycan ərazilərinə yaxın vaxtlarda uçuşlar təşkil edəcəyi barədə məsələni yenidən gündəmə gətirmələri təxribat məqsədi daşıyır”.
Bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMA) yeni direktoru Fuad Quliyev bildirib.
«Onlar dəfələrlə bu tip bəyanatlar veriblər. Amma heç bir uçuş olmayıb. Düşünürəm ki, son günlərdə bu məsələnin yenidən gündəmə gətirilməsi provokasiya xarakteri daşıyır», - deyə ADMAA direktoru vurğulayıb.
F. Quliyev ADMAA-nın bu məsələni diqqətdə saxladığını və daim beynəlxalq təşkilatlarda qaldırdığını, prosesin bundan sonra da davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan tərəfi işğal altındakı ərazilərinə uçuşların yolverilməz olduğunu, bunun qarşısının istənilən yolla alınacağını açıqlayıb. Rəsmi Bakı bu məsələdə hətta fiziki məhvetmə tədbirlərinə əl atılacağını da istisna etmir.
(apa)


Teqlər:  





Xəbər lenti