"Azərbaycandan Rusiyaya gedən turistlərin sayı azalıb" - Kənan Quluzadə

   "Azərbaycandan Rusiyaya gedən turistlərin sayı azalıb" -    Kənan Quluzadə
  18 Dekabr 2022    Oxunub:928
Rusiya-Ukrayna müharibəsinin başlaması nəticəsində yaranan geosiyasi vəziyyət bu ölkələrdən gələn turistlərin sayına təsir edib.
AzVision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib. O bildirib ki, fevral ayından Rusiyadan gələnlərin içərisində azalma var idi:

"Artıq rəqəmlərdə stabilləşmə var idi. Azərbaycandan Rusiyaya gedənlərin sayında kəskin azalma var. Ümumiyyətlə, gələnlərlə gedənlər arasında 10 dəfəyə yaxın fərq var".

Geosiyasi vəziyyətə görə bu il Azərbaycan turizm məhsullarını Yaxın Şərq və Mərkəzi Asiya ölkələrində tanıtmağa başladıq. Bundan əlavə Avropada xüsusilə almandilli ölkələrdə tanıtım işləri aparmışıq. Eyni zamanda Uzaq Şərq ölkələrində də işlər aparırıq ki, Cənubi Koreya, Yaponiyadan da ölkəmizə gələnlərin sayı çoxalsın".

K.Quluzadə bildirib ki, bu ilin sonuna Azərbaycana gələn xarici vətəndaşlarının sayı 1,5 milyonu keçəcək.

"Pandemiyanın davam etməsi və quru sərhədlərinin bağlı olmasını nəzərə alaraq bu, rəqəmlər yaxşıdır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti