AZAL sərnişinlərə müraciət edib

   AZAL sərnişinlərə müraciət edib
  18 Dekabr 2022    Oxunub:651
Naxçıvan şəhəri üzərində davam edən əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən dekabrın 18-i "Azərbaycan Hava Yolları" aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana və əks istiqamətdə həyata keçiriləcək bütün reysləri təxirə salınıb.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən AzVision.az -a bildirilib.

AZAL sərnişinlərdən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edib.

“Əlavə suallar yarandıqda, aviaşirkətin 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı və ya +994 55 204 65 54, +994 70 437 40 86 "WhatsApp" nömrələri vasitəsilə müraciət edə bilərsiniz”, - AZAL-dan əlavə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti