“Terrorçu”nu “cihadçı”ya öldürtdürən Fransa

   “Terrorçu”nu “cihadçı”ya öldürtdürən Fransa
  19 Dekabr 2022    Oxunub:1526
1769-cu ildə Korsikanı guya ödəyə bilmədiyi “borc” qarşılığında Genuyadan qopartdıqdan sonra Fransa arada müəyyən fasilə versə də, orada həmişə repressiya siyasəti aparıb. Sonuncu reperssiya dalğasına isə bu ilin fevral ayından start verilib və hələ də davam edir. Bu haqda informasiya sızmasının nə qədər qarşısı alınsa da, Fransanın güc strukturlarının Korsikada yeni vəhşiliklər törətdiyi haqda xəbərlər dolaşır.
İvan Kolonna ilə erməni separatizmi arasında fərq

Hazırda Korsikada baş qaldıran narazılıqların səbəblərindən biri korsikalıların lider gözündə gördükləri İvan Kolonnaya onun saxlandığı həbsxanada edilən qəsdlə bağlıdır. Korsikalılar 2022-ci ilin fevralında törədilən bu qəsdin arxasında Yelisey sarayının durduğunu bildirərək ayağa qalxdılar. Etrirazların ilk günü Fransa polisi 70-dən çox adamı şil-şülküt etdi. Laçın yolunu kimlərin bağladığı göz önündə ola-ola bunda Azərbaycanı, bizim vətəndaş cəmiyyətini suçlandıran “Freedom House” başda olmaqla insan haqlarından dəm vuran hər hansı bir beynəlxaq qurum səsini çıxardımı? Əsla!
Bəs İvan Kolonna tutulanda necə, kimsə onun məhkəməsinin ədalətli aparılmasını tələb etmişdimi? Əlbəttə, yox!


İvan Kolonnanın hərəkətinə haqq qazandırmaqdan çox uzağam, amma, əslində o, Qarabağdakı hay separatizminin başında duranların etdiklərinin heç yüzdə birini də etməyib. Fransanın “terrorçu” damğası vurduğu bu adam 1998-ci ilin fevralında Korsikanın yerli əhaliyə qarşı amansızlığıyla tanınan prefekti Klod Erinyaka silahlı basqın etməkdə suçlandırılaraq ömürlük həbsə atılmışdı. Hər halda Kolonnayla tərəfdarlarının hay separatizminin başında duranlar kimi nə başqasının torpaqlarını işğalda, nə də soyqırımı və etnik cinayətlərdə əli vardı. Amma, buna baxmayaraq qeyd etdiyimiz kimi ömürlük həbsə atıldı. 24 il sonra onun azadlığa çıxmaq perspektivi yarananda isə 61 yaşlı Kolonna “cihadçı” kamera yoldaşına döydürülərək komaya salındı və iki həftə keçməmiş öldü. Siz diqqət edin, görün Korsika separatçılarının lideri kimin əli ilə aradan götürülür- “cihad”çının.

Fransa kəşfiyyatı bir gülləyə iki dovşan vurur

“İslam terrorçusu” kimi təqdim edilən əlsində isə Fransa kəşfiyyatının agentinə başqa bir “terrorçu” öldürtdürülür. Beləliklə, bir güllə ilə iki dovşan vurulur. Həm separatçı aradan götürülür, həm də yenə islam gözdən salınır. Bu qətlin arxasında rəsmi Parisin dayandığını bildirərək ayağa qalxan korsikalılarla isə “sarı jiletlilər”dən də betər davranılır, onlar öldürülür, döyülür, təhqir edilir, həbsə atılırlar.

Maraqlıdır deyilmi, korsikalıların sayı hazırda Qarabağda yaşayan haylarınkından az qala 10 dəfə çox olduğu halda Makron Fransası onların müstəqilliyi bir yana, adada iki rəsmi dilin olması tələblərinə ən yaxşı halda dəyənəklə cavab veirir. Bunu o dövlət edir ki, onun parlamenti olmayan “arsax”ın “müstəqilliyini” tanıyır, hay separatçılarına əlindən gələn dəstəyi verməyə çalışır, “lider”lərini Parisə dəvət edərək öpüb bağrına basır.

Cenevrə konvensiyasını ilk imzalayanlardan bir olduğu halda ardından Əlcəzairdə 1,5 milyon insanı vəhşicəsinə qətlə yetirməklə onu birinci pozan, amma utanıb-qızarmadan Türkiyəni və bizi uydurma soyqırımlarında suçlandıran bir dövlətdən özgə nə gözləyəsən ki?
Sadəcə, insan haqlarının qorunmasını özlərinin ən ümdə vəzifəsi bilən qurumların, məsələn, Avropa Şurasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və digərlərinin bütün bunları görməzdən gəlmələri anlaşılmır.

Axı nə Fransa uzaq Myanma, nə də korsikalılar oradakı müsəlmanlardır ki, Nobel sülh ödülü verdiyinizə qırıb-çatdırasınız. Söhbət bir addımlığınızdakı dövlətin sizinlə eyni dindən olanlara qarşı törətdiyi vəhşiliklərdən gedir. Niyə səsiniz çıxmır?

Sahib Alıyev, Milli Məclisin deputatı
AzVision.az



Teqlər: Fransa   ikiüzlülük  





Xəbər lenti