Bakıda ağır avtoqəza- 3 nəfər ölüb - YENİLƏNİB

 Bakıda ağır avtoqəza-  3 nəfər ölüb - YENİLƏNİB
  20 Dekabr 2022    Oxunub:1752
Xəzər rayonu Qala-Türkan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb.
DİN-in mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hundai” maraklı avtomobillər toquşşub.

Hadisədə “Vaz-2107” avtomobilin sürücüsü 1959-cü il təvəllüdlü Qurban Əliyev, sərnişinləri - 2009-cü il təvəllüdlü Lütfəlizadə Aminə və bacısı 2006-cı il təvəllüdlü Zalina həyatlarını itiriblər. Bacıların anası isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

18:24

Bakının Xəzər rayonunda, Qala-Türkan yolunda qəza olub, sürücü və azyaşlı ölüb.

Bu barədə AzVision.az -a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Belə ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hyundai” markalı avtomobillər toquşşub. İlkin məlumata görə “VAZ-2107” avtomobilinin sürücüsü və sərnişini olan azyaşlı ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

AzVision.az



Teqlər: Qəza  





Xəbər lenti