Bakıda fəhlə işləyən Türkiyə vətəndaşı ölüb

Bakıda fəhlə işləyən Türkiyə vətəndaşı ölüb
  20 Dekabr 2022    Oxunub:794
Bakıda fəhlə işləyən Türkiyə vətəndaşı yıxılaraq ölüb.
Bu barədə AzVision.az -a Yasamal rayon prokurorluğundan bildirilib.

Belə ki, dekabrın 20-i saat 15 radələrində Yasamal rayonu, H.B.Zərdabi prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında fəhlə işləyən Türkiyə Respublikasının vətəndaşı Yusuf Yıldızın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, Yusuf Yıldız binanın 2-ci mərtəbəsində aparılan təmir-tikinti işləri zamanı yıxılıb və nəticədə almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az



Teqlər: Fəhlə  





Xəbər lenti