Qarabağdakı mina təhlükəsi GUAM-ın iclasında müzakirə edilib
İclasda çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov GUAM çərçivəsində nəqliyyat, kommunikasiya, ticarət sahəsində həyata keçirilən layihələrin əhəmiyyətindən, parlamentlərarası əməkdaşlıq platforması çərçivəsində əməkdaşlıq əlaqələrindən bəhs edib.
Nazir müavini tədbir iştirakçılarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar barədə məlumat verib. Bununla yanaşı, Ermənistanın məlum üçtərəfli bəyanatlardan irəli gələn öhdəlikləri yerinə yetirməməsi və işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi ilə bağlı ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb. Ermənistan istehsalı olan minaların Laçın dəhlizindən istifadə etməklə Azərbaycan ərazisinə keçirildiyi və hərbi təxribatların davam etdiyi xüsusi olaraq qeyd edilib.
İclasın yekununda hazırkı iclasın protokolu və 2 qərar qəbul olunub, sədrlik Ukraynaya təhvil verilib.
AzVision.az
Teqlər: