Kapitan "Çelsi" ilə müqaviləsini yenilədi

Kapitan "Çelsi" ilə müqaviləsini yenilədi
  14 May 2014    Oxunub:1199
“Çelsi”nin kapitanı Con Terri daha bir ildə klubun şərəfini qoruyacaq.
AzVision.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, müdafiəçi London təmsilçisi ilə bu mövsümün sonu başa çatacaq müqaviləsini daha bir il uzadıb.

Müqaviləsini yenilədikdən sonra Terri klubun rəsmi saytına açıqlama verib. Terri "Çelsi"də 20-ci ilini keçirəcəyi üçün xoşbəxt olduğunu vurğulayıb: "Mənə dəstək olan bütün azarkeşlərə, klub rəhbərliyinə və baş məşqçimə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, 33 yaşlı futbolçu bu mövsüm 47 oyunda meydana çıxıb və iki dəfə fərqlənə bilib.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:





Xəbər lenti