Xərçəngin ağlagəlməz 6 fərqli simptomu

Xərçəngin ağlagəlməz 6 fərqli simptomu
  21 Dekabr 2022    Oxunub:1385
Bədəndə şiş, düyün, ələ gələn bərkimə, temperatur, halsızlıq, ağrı, gücsüzlük bunlar çox adamın bildiyi əlamətlərdir.
Onkoloji xəstəliklərin çox məşhur olmayan və ağlagəlməyən simptomları da var.

Heç vaxt eşitmədiyiniz o əlamətlərə diqqət.
1. Unitazda üzən nəcis – bu mədəaltı vəz və öd problemi, eləcə də bu orqanlarda xərçəngə işarə ola bilər. Deməli öd və ferment hasilatı yoxdur ki, nəcis kütlələri ağırlaşmır və üzə çıxır. Bu əlamət çeliakiydə də olur. Bununla yanaşı arıqlama, iştah itməsi, daimi yorğunluq, qızdırma da olmalıdır.

2. Başda səslər

Başda mənbəyi olmayan səslər, qəribə küylər, hətta kimsə danışırmış kimi hiss psixi pozulmalarla yanaşı beyin şişlərində də olur. Eşitmə hallüsinasiyası, nitqin pozulması, dəyişməsi şişin bəzi sinirləri sıxması ilə yarana bilər.

3. Dırnaq forması və rəngində dəyişiklik

Mütləq dırnaqlarınıza baxın. Orda göy, qara, qəhvəyi xətlər, ləkələr dəri xərçəngindən ola bilər. Çox ağarmış dırmaqlar qaraciyər, dırnağın içəri batması və barmaq uclarının enlənməsi ağciyər xərçəngindən ola bilər.

4. Müvazinətin itməsi, əlindən əşyaları tez-tez salmaq – demensiya və xərçəng əlaməti ola bilər. Beyini və onurğanı yoxlatmaq lazımdır.

5. Həyata maraq və hobbinin qəfil itməsi

Maraqlıdır ki, həyata marağın durduğu yerdə yoxa çıxması ilə xərçəng arasında əlaqə var.
Bu depressiyada olsa da, beyində də şiş zamanı insan əvvəlki kimi davranmamağa başlayır

6. Həddən artıq tərləmə

İsti havada yox, soyuqda, sərində tərləmək, gecə tər içində oyanmaq menopauza, nevroz və şəkərdən ola bilər. Amma limfoma və ağciyər xərçəngi, leykoz, qaraciyər şişlərində də ciddi tərləmə olur.(bakupost)


Teqlər:





Xəbər lenti