Paris Bakıya qarşı hansı kursu seçəcək?

// Rusiyalı politoloq mümkün ssenarini proqnozlaşdırır

      Paris Bakıya qarşı hansı kursu seçəcək?
  23 Dekabr 2022    Oxunub:3453
Mixail Neyjmakov
rusiyalı politoloq
Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki

Xüsusi olaraq AzVision.az üçün

Fransa illərdir ki, Türkiyə ilə münasibətlərdə “çətin münasibətlər fonunda dialoq qapısını bağlamamaq” siyasətini yürüdür. İndi Azərbaycana qarşı da oxşar kurs tətbiq ediləcəyini gözləmək olar.
Parisin Afinaya qarşı jestlərini Ankara müsbət qarşılaya bilməz. Ən azı Fransanın xarici işlər naziri Ketrin Kalonnanın 2022-ci ilin sentyabrında Yunanıstana dəstək bəyanatını xatırlamaq olar. Yelisey sarayının Rusiya qazının Avropaya nəqli üçün Türkiyədə infrastruktur yaradılmasının mənasızlığı ilə bağlı oktyabr bəyanatı da təkcə Moskvanın deyil, həm də Ankaranın “bostanına atılan daş” sayıla bilərdi.
Digər tərəfdən, Makron Türkiyə haqqında son vaxtlar bir sıra müsbət açıqlamalar da səsləndirdi.

Parisin eyni prinsipdən çıxış edərək, iki ölkə arasında gərginliyin səviyyəsini azaltmaq üçün yaxın aylarda Bakıya qarşı da bir sıra neytral-pozitiv jestlər edəcəyini gözləyirəm. Bununla belə, çox şey Fransanın daxili siyasi durumundan asılı olacaq.

Makronun bir çox tərəfdarı ənənəvi olaraq onun gücünü beynəlxalq fəaliyyətində görürlər. Bu isə o deməkdir ki, böhranlı şəraitdə o öz siyasi kapitalını artırmaq üçün bu sahədəki fəaliyyətini gücləndirəcək və əldə edilən nəticəni prezident yönlü Renesans Partiyası ilə bölüşəcək.

Lakin Fransa prezidenti və onun komandası bu halda “seçki kampaniyası rejimində” (yəni daha intensiv tənqid zərbələri altında) işləməli olacaqlar. Bu, həm də Parisin “Ermənistanı atması” ittihamlarından müdafiə olunması və daha ehtiyatsız bəyanatlar verməsi deməkdir. Makronun oktyabrda “Frans-2” telekanalına verdiyi və Bakının kəskin reaksiyasına səbəb olan müsahibə məhz bu qəbildən idi.

Yəni Fransada daxili siyasi böhran nə qədər dərin olacaqa, Paris ilə Bakının münasibətləri üçün bir o qədər əlavə risk faktorları meydana çıxacaq.



Teqlər: Fransa  





Xəbər lenti