“Moskva Güney Qafqazda ikili oyun oynayır” – Qazaxıstanlı politoloq

   “Moskva Güney Qafqazda ikili oyun oynayır” –    Qazaxıstanlı politoloq
  25 Dekabr 2022    Oxunub:3227
“Rusiya bir tərəfdə Azərbaycanla əməkdaşlıq edir, digər tərəfdə isə Ermənistanı özünə müttəfiq edib. Moskva açıq şəkildə iki cəbhədə oynayır. Hesab edirəm ki, qəribə mövqedir və digər geosiyasi oyunçularla mübarizə aparan Rusiya öz növbəsində bu iki dövləti bir-birinə qarşı qoyur”.
Bu fikirləri AzVision.az -a qazaxıstanlı politoloq Dulatbek Kıdırbekulı deyib. Onun sözlərinə görə, Rusiya hazırda Ukrayna ilə müharibədə ilişib qaldığından İran onun dəstəyi ilə bundan yararlanmaq qərarına gəlib. Ancaq Tehranın öz daxili problemləri, ölkədə kütləvi etirazlar var.

“Çox güman ki, Türkiyənin yeni geosiyasi oyunçu kimi Cənubi Qafqazda girdiyini anlayan Rusiya İrandan Azərbaycanın işlərinə qarışmasını istəyib. Rusiya bir zamanlar onun tərkibində olan bölgədə türk dövlətinin dominant olmasını istəmir. Türkiyə prezidenti Ərdoğanın Putinlə yaxşı münasibətdə olmasına baxmayaraq, Rusiya bu ölkəyə qarşı öz oyunlarını oynayır.


Ümumiyyətlə hesab edirəm ki, Rusiya və İranın Cənubi Qafqazdakı mövqeyi səbatsızdır. Əgər Azərbaycan bu qarşıdurmada qalib gəlsə, hesab edin ki, gələcəkdə Rusiyanın Qafqaza güclü təsiri olmayacaq.

Onu da əlavə etmək istərdim ki, həm Rusiya, həm də İran dünyanın sanksiyaları altındadır və bu onların Qafqaza təsirini zəiflədir”, - qazaxıstanlı politoloq bildirib.

Seymur Məmmədov
AzVision.az



Teqlər: Rusiya   İran   Geosiyasət  





Xəbər lenti