Həmsədrlər bəyanat yayıb

Həmsədrlər bəyanat yayıb
  10 Aprel 2013    Oxunub:1180
ATƏT-in Minsk Qrupunun həmsədrləri yaxın həftələrdə yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcəklər
AzVision.az xəbər verir ki, bu barədə onların bölgəyə son səfərləri barədə yaydıqları birgə bəyanatda bildirilir.

Həmsədrlər bildiriblər ki, regiona son səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün atılacaq addımlar müzakirə olunub.

Onlar bu görüşlərdə hər iki ölkə rəhbərliyi ilə Dağlıq Qarabağdakı hava limanından mülki reyslərin həyata keçirilməsi məsələsini də müzakirə ediblər.

Həmsədrlər İqor Popov, İan Kelly, Jacques Faure və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk martın 18-22 və aprelin 1-6-da regionda səfərdə olublar.

Onlar martın 21-də Yerevanda Ermənistan rəhbərliyi, aprelin 2-də isə Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.

Onlar həmçinin martın 19-20 və aprelin 4-5-də Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyi ilə görüşüblər.


Teqlər:  





Xəbər lenti