Təhlükəsizlik Departamentinin və “Azercell Akademiyası” tədris mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbir çərçivəsində Böhran Halları və Mülki Müdafiə, Kibertəhlükəsizlik və kibertəhdidlər, İnformasiya Təhlükəsizliyi Risklərinin İdarə Olunması, Məlumatın önəmi və düzgün istifadəsi, Fiziki təhlükəsizliyinin təmin edilməsi haqqında vebinarlar keçirilib.
Vebinarlar zamanı təşkil olunmuş sual-cavab sessiyaları çərçivəsində əməkdaşlar və qonaqlar həm üz-üzə, həm də onlayn formatda təlimçilərə onları maraqlandıran sualları istiqamətləndirərək cavab almaq imkanı qazandılar.
“FarmHer” layihəsi qadınların inkişafına töhfə verir |
Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsi nümayəndələrinin və şirkət əməkdaşlarının iştirakı ilə birgə müxtəlif sahələrdə praktik məşğələlər də həyata keçirilib. Praktik məşğələlər böhran halları, müxtəlif hücumlar zamanı davranış qaydaları, coğrafi ehtiyatlılığın təmin olunması, Biznesin Davamlılığı testlərinin keçirilməsi və digər vacib məsələləri əhatə etdi.
Texnologiyaların sürətlə inkişaf etdiyi, eləcə də münaqişə ocaqlarının genişləndiyi müasir dünyada təhlükəsizlik tədbirləri ilə bağlı əhali arasında maarifləndirmə işlərinin vacibliyini əsas tutaraq “Azercell Telekom” bu sahədə təlimlərini istər şirkət daxilində, istərsə də daha geniş ictimaiyyət üçün davam etdirmək niyyətindədir.