“Qalatasaray” növbəti mərhələyə keçmədi

“Qalatasaray” növbəti mərhələyə keçmədi
  10 Aprel 2013    Oxunub:1913
Bu gecə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilib
Azvision-un məlumatına görə, cavab oyunları günündə iki maraqlı qarşılaşma baş tutub. “Borussiy-Dortmund" öz meydanında "Malaqa"nı qəbul edib. İlk qarşılaşmaları 0:0 hesabı ilə bitən bu komandaların oyununda qapılara beş qol vurulub. Görüşün 90-cı dəqiqəsinə qədər 1:2 hesabı ilə məğlub olan Dortmund təmsilçisi əzmkarlıq göstərərək 90+1 və 90+2-ci dəqiqələrdə daha iki qol vuraraq yarımfinala vəsiqə qazanıb.

Gecənin digər maraqlı oyunu Türkiyədə keçirilib. Bu matçda “Real-Madrid" klubu "Qalatasaray"ın qonağı olub. İlk oyunda rəqibinə 0:3 hesabı ilə uduzan "Qalatasaray"ın növbəti mərhələyə keçmək şansları bir o qədərdə inandırıcı görsənmirdi. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda "Qalatasaray" rəqibinə 3:2 hesabı ilə qalib gəlib. “Qalatasaray” qalib gəlsədə, ilk oyunun nəticəsinə görə yarımfinala "Real" klubu çıxıb.

Xatırladaq ki, bu gün digər cavab oyunları keçiriləcək.

23:45. “Barselona” (İspaniya) – PSJ (Fransa)

23:45. “Yuventus” (İtaliya) – “Bavariya” (Almaniya)


Teqlər:





Xəbər lenti