Bayramda yol qəzalarında 18 nəfər ölüb

   Bayramda yol qəzalarında 18 nəfər ölüb
  05 Yanvar 2023    Oxunub:689
Bayram günlərində respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, qeyri-iş günlərində - 2022-ci il dekabrın 31-dən 2023-cü il yanvarın 5-dək avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 18 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti