Ukraynalılar separatçıların bazasını məhv edib

Ukraynalılar separatçıların bazasını məhv edib
  15 May 2014    Oxunub:1037
Anti-terror əməliyyatları çərçivəsində Ukrayna hərbçiləri separatçıların Kramatorskda yerləşən hərbi bazasını məhv edib.
AzVision.az-ın Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov bildirib.

“Bu gün anti-terror əməliyyatları çərçivəsində terrorçuların Kramatorsk ətrafında yerləşən gizli bazası məhv edilib”, -deyə Turçinov bildirib.

Prezident həmçinin bildirib ki, Slayvansk ətrafında yerləşən ərazi də terrorçulardan tamamilə təmizlənib.


Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti